Serbiyalı qapıçı: "Azərbaycan millisi daha əvvəl bizi təəccübləndirib"

Serbiyalı qapıçı: "Azərbaycan millisi daha əvvəl bizi təəccübləndirib" "Kağız üzərində Portuqaliya favoritdir. Biz isə İrlandiya ilə 2-ci yer uğrunda mübarizə aparmalıyıq. Mən isə düşünürəm ki, biz özümüz hər zaman digər komandalar üçün ən güclü rəqib olmuşuq".
Futbol
9 Dekabr , 2020 21:05
Serbiyalı qapıçı: Azərbaycan millisi daha əvvəl bizi təəccübləndirib
Marko Dmitroviç

"Kağız üzərində Portuqaliya favoritdir. Biz isə İrlandiya ilə 2-ci yer uğrunda mübarizə aparmalıyıq. Mən isə düşünürəm ki, biz özümüz hər zaman digər komandalar üçün ən güclü rəqib olmuşuq".

"Report"un məlumatına görə, bu fikirləri DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanın rəqiblərindən olan Serbiya yığmasının oyunçusu Marko Dmitroviç "24seven" nəşrinə müsahibəsində deyib.

Püşkün nəticəsini dəyərləndirən 28 yaşlı qapıçı 2021-ci ilin martında başlayacaq oyunlara hazırlaşmaq üçün kifayət qədər vaxt olduğunu bildirib: "Rəqibləri, son seçmə mərhələdə baş verənləri analiz etməliyik. Hər oyuna ayrılıqda hazırlaşmalıyıq. Zəif rəqiblərlə əvvəlki görüşlərin bizə baha başa gəldiyini bilirik. Hətta Azərbaycan millisi daha əvvəl bizi təəccübləndirib. Ümid edirəm ki, bu dəfə belə olmayacaq. Mart ayınadək sağlam və əla formada qalmalıyıq".

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi