Serbiyalı hücumçuda koronavirus tapıldı

Serbiyalı hücumçuda koronavirus tapıldı İtaliya Fiorentinasının futbolçusu Duşan Vlahoviçin koronavirus testi müsbət nəticə verib.
Futbol
13 Mart , 2020 22:58
Serbiyalı hücumçuda koronavirus tapıldı

İtaliya "Fiorentina"sının futbolçusu Duşan Vlahoviçin koronavirus testi müsbət nəticə verib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda serbiyalı hücumçu evindədir. Onun xəstəlik simptomlarının olmadığı bildirilir.

"Fiorentina" qanunla tələb olunan bütün izolyasiya prosedurlarını aktivləşdirib. Vlahoviçlə təmasda olmuş bütün şəxslərin qeydiyyata alınmasına başlanılıb.

Daha əvvəl İtaliyada "Sampdoriya"nın 5 futbolçusu - Manolo Qabbyadini, Albin Ekdal, Omar Kolli, Antonio La Qumina və Morten Torsbyu, eləcə də klubun həkimi Amedeo Baldarinin koronavirusa yoluxduqları açıqlanıb. 

Son xəbərlər

Orphus sistemi