Serbiyalı futbolçu: "Sumqayıt"la matçda qələbə öz əlimizdədir"

Serbiyalı futbolçu: "Sumqayıt"la matçda qələbə öz əlimizdədir" "Sürətli oyunçulara qarşı matç asan olmayacaq"
Futbol
30 İyun , 2021 12:41
Serbiyalı futbolçu: Sumqayıtla matçda qələbə öz əlimizdədir

"Azərbaycanda möhtəşəm futbol oynanıldığına dair dilemmam yoxdur. Bir dəfə "Neftçi"yə qarşı "Partizan" forması ilə çıxış etmişəm. Həmin görüşləri yaxşı xatırlayıram".

"Report"un məlumatına görə, bu fikirləri Serbiyanın “Çukariçki” komandasının futbolçusu Miladin Stevanoviç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"la keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

25 yaşlı serbiyalı müdafiəçi Azərbaycan təmsilçilərinin maraqlı komandalar olduğunu bildirib: "Sürətli oyunçulara qarşı matç asan olmayacaq. Püşkatmada daha yaxşı və ya pis nəticə əldə edə bilərdik. Diqqətli olmalılıq. İstedadımıza inanaraq qələbə qazanmaq öz əlimizdədir. Cavab matçından əvvəl vəziyyəti özümüz üçün asanlaşdıra bilərik".

Stevanoviç səfər qolu qaydasının ləğv edilməsini ədalətli qərar adlandırıb: "Evdə və ya səfərdə oynanılmasının fərqi yoxdur. Nə qədər qol buraxsan, o qədər də vurmalısınız. Heç-heçə olsa, əlavə vaxtda da qalib bilinməsə, penaltilərə getməlisən".

Qeyd edək ki, "Çukariçki" və "Sumqayıt" arasındakı ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə iyulun 29-da Azərbaycanda olacaq.

Son xəbərlər

Orphus sistemi