Serbiyalı futbolçu: "Bizi seçmə mərhələdə ağır oyunlar gözləyir"

Serbiyalı futbolçu: "Bizi seçmə mərhələdə ağır oyunlar gözləyir" "İnanıram ki, Stoykoviçlə uğur qazanacağıq"
Futbol
11 Mart , 2021 20:36
Serbiyalı futbolçu: Bizi seçmə mərhələdə ağır oyunlar gözləyir

"Yeni baş məşqçinin Draqan Stoykoviç olduğunu eşidəndə çox sevindim. Qarşıda bizi seçmə mərhələ oyunları gözləyir. Komandaya yeni enerji, ruh lazımdır. İnanıram ki, Stoykoviçlə uğur qazanacağıq".

"Report"un məlumatına görə, bu fikirləri Serbiya millisinin futbolçusu Stefan Mitroviç DÇ-2022-nin seçmə mərhələsində keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

31 yaşlı müdafiəçi bildirib ki, onları çətin qarşılaşmalar gözləyir: "Məsələ təkcə rəqiblərin keyfiyyətində deyil. Burada təzyiq və matçların önəmi də xüsusi rol oynayır. Bir müddət öncə 7 günə 3 yoxlama görüşü keçirdik. Amma həmin rəqiblər zəif idi. Qarşıdakı matçlar isə müəyyən dərəcədə qrupdakı taleyimizə aydınlıq gətirə bilər. Fikrimcə, planlaşdırdığımız hər şeyə nail ola biləcək və növbəti böyük yarışda oynayacağıq".

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığma serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.

Son xəbərlər

Orphus sistemi