Serbiyalı futbolçu: "Azərbaycanla oyunda qələbə bizim üçün vacibdir"

Serbiyalı futbolçu: "Azərbaycanla oyunda qələbə bizim üçün vacibdir" "Müasir futbolda zəif rəqib yoxdur. Hər bir yığma futbol oynaya bilir. Lüksemburq üzərində qələbə bizim üçün çox vacib idi".
Futbol
11 Oktyabr , 2021 16:24
Serbiyalı futbolçu: Azərbaycanla oyunda qələbə bizim üçün vacibdir
Filip Kostiç

"Müasir futbolda zəif rəqib yoxdur. Hər bir yığma futbol oynaya bilir. Lüksemburq üzərində qələbə bizim üçün çox vacib idi".

"Report"un məlumatına görə, bunu Serbiya yığmasının futbolçusu Filip Kostiç evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi qarşıdakı matça hazır olduqlarını bildirib: "Hər qalibiyyət özünəinamımızı artırır. Bu, Lissabon səfəri öncəsi çox önəmlidir. Hər bir rəqibə hörmət edirik. Favorit olsaq da, məsuliyyətdən qaçmırıq. Amma bunu meydanda göstərməliyik. Eyni zamanda Portuqaliyanın matçlarını izləyəcək və uğursuzluğuna ümid edəcəyik. Lakin əvvəlcə sabahkı oyunu udmaq lazımdır".

Qeyd edək ki, oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi