Serbiyalı futbolçu: "Azərbaycanla oyuna mənən hazır idik"

Serbiyalı futbolçu: "Azərbaycanla oyuna mənən hazır idik" "Nəticədən razıyam. Daha yaxşı oynaya bilərdik. Amma bu cür rəqiblərə qarşı mübarizə aparmaq çətindir. Oyuna mənən hazır idik. Yolumuz uzundur. İnanıram ki, alınacaq"
Futbol
31 Mart , 2021 01:07
Serbiyalı futbolçu: Azərbaycanla oyuna mənən hazır idik

"Nəticədən razıyam. Daha yaxşı oynaya bilərdik. Amma bu cür rəqiblərə qarşı mübarizə aparmaq çətindir. Oyuna mənən hazır idik. Yolumuz uzundur. İnanıram ki, alınacaq".

"Report"un məlumatına görə, bu fikirləri Serbiya yığmasının futbolçusu Filip Kostiç Bakıda Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdikləri DÇ-2022-nin seçmə mərhələ oyunu barədə danışarkən deyib.

Almaniyanın "Ayntraxt" klubunda çıxış edən 29 yaşlı yarımmüdafiəçi əzmkarlıq nümayiş etdirdiklərini bildirib: "Qısa vaxt kəsiyində 3 ağır oyunumuz oldu. Hazırkı vəziyyətdən məmnun olmalıyıq. Komandada istək böyükdür və dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün yolumuza davam edirik".

Görüşün 59-cu dəqiqəsində Emin Mahmudova qarşı kobudluq edərək penaltiyə səbəb olan təcrübəli oyunçu epizodu bu cür şərh edib: "Həmin vaxt rəqib futbolçunu görmürdüm. Topa mümkün qədər tez çatmaq istəyirdim. Dönəndə yöndəmsiz toxunuş etdim. Amma əsas odur ki, qələbə qazandıq".

Son xəbərlər

Orphus sistemi