Serbiya yığmasının qapıçısı "Sevilya"ya keçir

Serbiya yığmasının qapıçısı "Sevilya"ya keçir Serbiya yığmasının qapıçısı Marko Dmitroviç yayda İspaniyanın "Eybar" komandasından "Sevilya"ya keçəcək.
Futbol
12 Yanvar , 2021 01:17
Serbiya yığmasının qapıçısı Sevilyaya keçir
Marko Dmitroviç

Serbiya yığmasının qapıçısı Marko Dmitroviç yayda İspaniyanın "Eybar" komandasından "Sevilya"ya keçəcək.

"Report"un "Estadio Deportivo"ya istinadən məlumatına görə, 28 yaşlı qolkiperin müqaviləsi iyunda başa çatacaq. FIFA qaydalarına əsasən, o, yanvardan istənilən klubla danışıqlar apara bilər.

Artıq "Sevilya" serbiyalı qapıçı ilə ilkin razılığa gəlib.

Qeyd edək ki, Marko Dmitroviç "Eybar"da 2017-ci ildən forma geyinir. Bu mövsüm Dmitroviç La Liqada cəmi 18 oyuna çıxıb. Yığmada isə o, 16 matçda çıxış edib.

Serbiya DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb.

Son xəbərlər

Orphus sistemi