Serbiya Rusiyaya böyük hesabla qalib gəlib

Serbiya Rusiyaya böyük hesabla qalib gəlib UEFA Avropa Liqasında çıxış edən Rusiya yığması növbəti dəfə məğlub olub.
Futbol
19 Noyabr , 2020 01:41
Serbiya Rusiyaya böyük hesabla qalib gəlib

UEFA Avropa Liqasında çıxış edən Rusiya yığması növbəti dəfə məğlub olub.

“Report”un məlumatına görə, şimal qonşumuz Serbiya millisi qarşısında aciz qalıb.

Belə ki, serblər Rusiya millisinin qapısına 5 cavabsız qol vurub.

Hesabı 10-cu dəqiqədə Nemanya Radoniç açıb. 25-cı dəqiqədə Luka Yoviç, 40-cı dəqiqədə isə Duşan Vlaxoviç fərqlənib. Birinci hissənin sonunda Rusiya qapısında daha bir qol görüb.Luka Yoviç 46-cı dəqiqədə dubla imza atıb.

İkinci hissənin əvvəlində Filip Mladenoviç zərbəni dəqiq yerinə yetirib və komandasının beşinci qolunu vurub. Hesab oyunun sonuna kimi dəyişməyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya millisi Türkiyə yığmasına 2:3 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi