Serbiya millisinin və “Fənərbağça”nın sabiq futbolçusu axtarışa verilib

Serbiya millisinin və “Fənərbağça”nın sabiq futbolçusu axtarışa verilib Bakı. 13 oktyabr. REPORT.AZ/ Futbol üzrə Serbiya yığmasının sabiq futbolçusu Mateya Kejman axtarışa verilib.
Futbol
13 Oktyabr , 2018 14:27
Serbiya millisinin və “Fənərbağça”nın sabiq futbolçusu axtarışa verilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Futbol üzrə Serbiya yığmasının sabiq futbolçusu Mateya Kejman axtarışa verilib.

“Report” “Fanatik”ə istinadən xəbər verir ki, hazırda futbol agenti qismində çalışan 39 yaşlı veteran forvard çirkli pulların yuyulmasında günahlandırılır. Belçikada aparılan “Təmiz əllər” əməliyyatı çərçivəsində M.Kejmanın da şübhəlilərin siyahısında olduğu bildirilir.

O, meneceri olduğu Sergey-Milinkoviç Saviç və Adam Maruşicin transferlərində çirkli pulların yuyulmasında iştirak etməkdə günahlandırılır.

Sergey-Milinkoviç Saviç 2015-ci ildə Belçikanın “Genk”, A.Maruşic isə 2017-ci ildə “Ostende” klubundan İtaliyanın “Latsio” komandasına transfer olunub.

Qeyd edək ki, M.Kejman karyerası ərzində Hollandiyanın PSV, İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko”, Rusiyanın “Zenit”, Fransanın PSJ, Türkiyənin “Fənərbağça” kimi komandalarında çıxış edib.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi