Serbiya millisinin hücumçusu koronavirusa yoluxdu

Serbiya millisinin hücumçusu koronavirusa yoluxdu İngiltərənin "Fulhem" klubunun və Serbiya millisinin futbolşusu Aleksandar Mitroviç koronavirusa yoluxub
Futbol
15 Fevral , 2021 10:07
Serbiya millisinin hücumçusu koronavirusa yoluxdu
Aleksandar Mitroviç

İngiltərənin "Fulhem" klubunun və Serbiya millisinin futbolşusu Aleksandar Mitroviç koronavirusa yoluxub.

"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu bu səbəbdən Premyer Liqanın XXVII turunda "Everton"u səfərdə 2:0 hesabı ilə məğlub etdikləri oyunu buraxıb.

Serbiyalı oyunçunun testi görüşdən əvvəl müsbət çıxıb. Onun qarşıdakı bir neçə oyunu da buraxacağı gözlənilir.

Qeyd edək ki, Serbiya millisi dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. A qrupunun martın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi