Oktyabrın 14-də iki ölkə yığması arasındakı matç yarımçıq dayandırılıb. İlk yarının sonlarında Belqraddakı "Partizan" stadionu üzərindən "Böyük Albaniya" bayrağı ilə pilotsuz təyyarə uçub. Serbiya yığmasının müdafiəçisi Stefan Mitroviç həmin bayrağı qırıb yerə atmaq istərkən, Albaniya millisinin futbolçuları buna etiraz ediblər. Nəticədə iki komandanın futbolçuları arasında toqquşma baş verib. Olaya tribuanadakı yerli fanatlar da müdaxilə ediblər.
UEFA İntizam Komitəsi Albaniya millisinə 0:3 hesablı texniki məğlubiyyət verib. Serbiya 3 xaldan məhrum edilib və AVRO-2016-da qarşıdakı 2 ev oyununu azarkeşsiz keçirməyə məhkum edilib. Hər iki federasiya 100 min avro cərimələnib.