Serbiya çempionatının oyununda kütləvi dava baş verib - VİDEO

Serbiya çempionatının oyununda kütləvi dava baş verib - VİDEO Azarkeşlər futbolçunu irqçi şüar və bannerlərlə təhqir ediblər
Futbol
20 Fevral , 2017 17:26
Serbiya çempionatının oyununda kütləvi dava baş verib - VİDEO

Bakı. 20 fevral. REPORT.AZ/ Serbiya çempionatında "Rad" və "Partizan" komandalarının oyununda rasizm və kütləvi toqquşma baş verib. 

"Report"un məlumatına görə, matç zamanı qonaq komandanın hücumçusu Everton Luisin əleyhinə müntəzəm olaraq, irqçi məzmunlu söyüşlər səsləndirilib.

Tribunalarda isə onun ünvanına təhqiramiz banner asılıb. Təhqirlərə dözməyən braziliyalı futbolçu final fitindən sonra "Rad" azarkeşlərinə qeyri-etik jest göstərib. Nəticədə futbolçular arasında kütləvi dava düşüb. Azarkeşlərin davranışından məyus olan oyunçu meydanı gözüyaşlı tərk edib.

Qeyd edək ki, oyun "Partizan"ın qələbəsi ilə yekunlaşıb - 1:0. "Rad"ın heyətində vaxtilə "Bakı" və "Xəzər Lənkəran"da da çıxış etmiş Stevan Bates də yer alıb. 

Son xəbərlər

Orphus sistemi