"Sent-Etyen"in futbolçusu: "Qəbələ"yə qalib gəlməliyik"

"Sent-Etyen"in futbolçusu: "Qəbələ"yə qalib gəlməliyik" "Məqsədimiz evdə 3 xal qazanmaqdır"
Futbol
12 Oktyabr , 2016 16:10
Sent-Etyenin futbolçusu: Qəbələyə qalib gəlməliyik

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Bu, ideal başlanğıc deyil. Amma ilk iki oyunumuzun yaxşı alındığını demək olar. Çünki həm "Maynts", həm də "Anderlext"ə son dəqiqələrdə qol vurduq. Həmin bərabərlik qolları komandamıza yaxşı motivasiya verir. Bu, heç də pis hal deyil".

"Report"un məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə qarşılaşacaq Fransanın "Sent-Etyen" klubunun futbolçusu Loik Perren UEFA-nın rəsmi saytına müsahibəsində deyib.

31 yaşlı müdafiəçi bildirib ki, komanda qrupdakı vəziyyətini düzəltmək üçün növbəti oyunda "Qəbələ"yə qalib gəlməlidir: "Belə olan halda mövqeyimiz yaxşılaşacaq. Məqsədimiz evdə 3 xal qazanmaqdır. Növbəti iki oyunun yekununda qrupdan çıxmaq məsələsini həll etsək, ideal olardı. Ən vacibi "Qəbələ" ilə oyundan qalib ayrılmaqdır".

Qeyd edək ki, C qrupunda "Qəbələ" və "Sent-Etyen"dən əlavə, "Anderlext" (Belçika) və "Maynts" (Almaniya) komandaları mübarizə aparır. "Qəbələ" "Sent-Etyen"lə oktyabrın 20-də səfərdə, noyabrın 3-də Bakıda qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi