"Sent-Etyen"in baş məşqçisi: "Fasilədən sonra tam gücümüzlə oynamırdıq"

"Sent-Etyen"in baş məşqçisi: "Fasilədən sonra tam gücümüzlə oynamırdıq" "Artıq "Maynts"la görüş barədə düşünməliyik"
Futbol
4 Noyabr , 2016 00:42
Sent-Etyenin baş məşqçisi: Fasilədən sonra tam gücümüzlə oynamırdıq

Bakı. 4 noyabr. REPORT.AZ/ "Vacib oyun idi. Növbəti mərhələ üçün bizə şans yarandı. Artıq "Maynts"la görüş barədə düşünməliyik".

"Report"un məlumatına görə, bunu Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye deyib.

Baş məşqçi "Qəbələ" ilə keçirilmiş Avropa Liqasının IV turunun oyunundan sonra ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirilmiş oyundan da danışıb:

"Maraqlı oyun keçdi. İlk hissədə top tamamilə bizdə idi. Lakin ikinci hissədə topu rəqib komandaya verdik. Fasilədən sonra tam gücümüzlə oynamırdıq. "Qəbələ" də zəif komanda deyil. "Qarabağ"la matçda təcrübəmiz bugünkü qədər deyildi. Lakin iki il sonra “Qəbələ” ilə matça ciddi hazırlaşmışdıq. Çətin oyun oldu".

Son xəbərlər

Orphus sistemi