Şenol Günəş yığmadakı işinə vaxtından əvvəl başlayacaq

Şenol Günəş yığmadakı işinə vaxtından əvvəl başlayacaq Bakı. 5 mart. REPORT.AZ/ Türkiyə milli komandasının yeni baş məşqçisi Şenol Günəş yığmadakı işinə vaxtından əvvəl başlayacaq.
Futbol
5 Mart , 2019 16:46
Şenol Günəş yığmadakı işinə vaxtından əvvəl başlayacaq
0 : 00
0 : 00

Bakı. 5 mart. REPORT.AZ/ Türkiyə milli komandasının yeni baş məşqçisi Şenol Günəş yığmadakı işinə vaxtından əvvəl başlayacaq. 

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis mart ayında keçiriləcək AVRO-2020-nin seçmə mərhələ oyunlarında texniki zonada əyləşə biləcək.

Türkiyə Futbol Federasiyasının bunun üçün Günəşin hazırda baş məşqçisi olduğu "Beşiktaş" klubuna müraciət etdiyi bildirilib. 

Qeyd edək ki, Şenol Günəş fevralın 28-də yığmanın yeni baş məşqçisi təyin olunub. Daha öncə onunla imzalanan sözləşmənin iyunun 1-dən qüvvəyə minəcəyi və 2020-ci il Avropa çempionatı ilə 2022-ci il dünya çempionatını da əhatə edəcəyi açıqlanıb. Türkiyə yığması seçmə mərhələdə martın 22-də səfərdə Albaniya, martın 25-də isə evdə Moldova ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi