Şenol Güneş Bakıdakı oyunda bəzi dəyişikliklər edəcək

Şenol Güneş Bakıdakı oyunda bəzi dəyişikliklər edəcək Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş Bakıda Uelsə qarşı keçirəcəkləri Avropa çempionatı oyununda bəzi dəyişikliklərə əl atacaq.
Futbol
14 İyun , 2021 12:43
Şenol Güneş Bakıdakı oyunda bəzi dəyişikliklər edəcək

Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş Bakıda Uelsə qarşı keçirəcəkləri Avropa çempionatı oyununda bəzi dəyişikliklərə əl atacaq.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssisin start heyəti İtaliya ilə ilk matçdakından fərqli olacaq.

Baş məşqçi Yusuz Yazıcının yerinə Cengiz Ünderə şans verəcək. Kenan Karamanı isə İrfan Can Kahveci əvəzləyəcək. Açılış qarşılaşmasında sol cinahda yer alan Hakan Çalhanoğlu öz mövqeyinə qayıdacaq. 27 yaşlı yarımmüdafiəçi hücumçu Burak Yılmazın arxasında mübarizəyə başlayacaq.

Şenol Güneş yarımmüdafiəçi Okay Yokuşlunun yerinə isə Kaan Ayhanı start heyətdə meydana buraxacaq.

Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Son xəbərlər

Orphus sistemi