Şenol Güneş: "Avropa çempionatında qrupda birinci olmaq istəyirik"

Şenol Güneş: "Avropa çempionatında qrupda birinci olmaq istəyirik" "Milli komanda mənim üçün hər kəsdən önəmlidir"
Futbol
14 May , 2021 13:14
Şenol Güneş: Avropa çempionatında qrupda birinci olmaq istəyirik
Şenol Güneş

"Milli komanda mənim üçün hər kəsdən və hər şeydən önəmlidir. Onu qorumaq əsl vəzifəmizdir".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avropa çempionatı üçün ilkin heyəti açıqlayan zaman mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis bildirib ki, qazanılacaq uğur əhval-ruhiyyəni yaxşılaşdıracaq və komandada inamı artıracaq.

Güneş A qrupundakı şansları barədə bunları söyləyib: "Kağız üzərində favorit İtaliya yığmasıdır, Türkiyə, Uels və İsveçrə ikincilik üçün yarışacaq. Amma biz də qrupda birinci olmaq istəyirik".

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi