"Marsel"in futbolçusu: "Qarabağ"la oyun asan olmayacaq"

"Marsel"in futbolçusu: "Qarabağ"la oyun asan olmayacaq" "Qarabağ"ı yaxşı təhlil etmişik, oyun asan olmayacaq"
Futbol
16 Fevral , 2022 17:10
Marselin futbolçusu: Qarabağla oyun asan olmayacaq

"Qarabağ"ı yaxşı təhlil etmişik, oyun asan olmayacaq".

"Report"un məlumatına görə, bunu Fransanın "Marsel" klubunun futbolçusu Pap Quye evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

23 yaşlı seneqallı müdafiəçi həftə ərzində yaxşı hazırlaşdıqlarını bildirib: "Oyunlara sakit tərzdə yanaşırıq. Evdə qələbə qazanmağa köklənmişik".

Afrikalı oyunçu Konfrans Liqasındakı hədəflərindən də söz açıb: "Məqsədimiz bu turnirdə mübarizə aparmaq olmayıb. Bunu gizlətmək fikrində deyilik. Mən və komanda bunu təsəlli kimi qəbul etmirik. Biz böyük klubuq, bütün yarışlarda və matçlarda qalib gəlməliyik. Hədəfimiz bu yolu sonadək getməkdir".

Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi