Sənan Qurbanov: "Vacib qələbə qazandıq"

Sənan Qurbanov: "Vacib qələbə qazandıq" Qəbələ. 3 fevral. REPORT.AZ/ Oyuna çox ciddi hazırlaşmışdıq və görüşə yaxşı başladıq. Sonra futbolçularda bir az durğunluq yarandı. Bu da daha çox qələbə qazanmaq istəyimizlə bağlı idi. İlk hissədən sonra futbolçulara verilən tapşırıqlara müəyyən dəyişikliklər etdik. Vacib qələbə qazandıq.
Futbol
3 Fevral , 2019 18:31
Sənan Qurbanov: Vacib qələbə qazandıq

Qəbələ. 3 fevral. REPORT.AZ/ "Oyuna çox ciddi hazırlaşmışdıq və görüşə yaxşı başladıq. Sonra futbolçularda bir az durğunluq yarandı. Bu da daha çox qələbə qazanmaq istəyimizlə bağlı idi. İlk hissədən sonra futbolçulara verilən tapşırıqlara müəyyən dəyişikliklər etdik. Vacib qələbə qazandıq".

"Report"un oyuna ezam olunmuş Şirvan bürosunun əməkdaşının verdiyi məlumata görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

Qış hazırlığının effektini bu oyunda nə dərəcədə görə bildiniz?

- Mövsümün ilk yarısı başa çatandan sonra futbolçularda məsuliyyəti hiss etmişdik. Həm Bakı, həm Türkiyədə hazırlıqdan maksimum faydalanmağa çalışdıq. Hazırlıq oyunları bizdə inam yaratdı ki, ikinci yarıya qələbə ilə başlaya bilərik. Həm güc, həm də taktiki baxımdan uşaqlar hər şeyə həddən artıq məsuliyyətli yanaşdılar.

İlk yarıda "Sumqayıt" daha üstün tərəf idi. Necə oldu ki, ikinci hissədə vəziyyəti dəyişə bildiniz?

- “Sumqayıt” yaxşı təşkil olunmuş, əks-hücumlarda sürətli olan komandadır. Bunları analiz etmişdik. Fasilədən sonra futbolçular tapşırıqları yerinə yetirdilər, rəqibin əks-hücumlarının qarşısını ala bildilər.

Cavid Hüseynov o qədər də inamlı təsir bağışlamadı. Buna baxmayaraq, onu əvəzləmədiniz. Səbəb nə idi?

- Cavid komandamızın kapitanıdır, onun yüksək səviyyədə liderlik keyfiyyətləri var. Top itkisi baş versə də, komandaya faydalı oldu, taktiki tapşırıqları hamı kimi yerinə yetirdi. Top itkiləri futbolda qaçılmazdır. Oyunu analiz edib, səhvləri düzəltməyə çalışacaq, bütün komanda şəklində növbəti oyuna hazırlaşacağıq. Həm Cavid, həm də mən komanda şəklində gələcəyə baxacağıq.

İlk dəfə start heyətdə meydana buraxdığınız Amin Seydiyevin çıxışını necə dəyərləndirərdiniz?

- Seydiyev məşqlərdə özünü çox yaxşı tərəfdən göstərir, bizə bir siqnal verir, çağırış edirdi. Matçlarda oynamasa da, hazırlıq proseslərində çox istəkli idi. Bəzən onda inamsızlıq yarana bilərdi ki, ona güvənmirik. Amma bu, belə deyildi. Sadəcə, bəzi futbolçular kimi onu da izləyirdik. Türkiyədə Rusiya "Yenisey"i və Macarıstan MTK-sına qarşı yoxlama oyunlarında özünü müsbət tərəfdən göstərdi. Bu gün də Amilin oyunundan razı qaldım.

Son xəbərlər

Orphus sistemi