Sənan Qurbanov: "Neftçi" növbəti mərhələ şansını əldən verməyib"

Sənan Qurbanov: "Neftçi" növbəti mərhələ şansını əldən verməyib" "Neftçi" növbəti mərhələ şansını əldən verməyib".
Futbol
28 İyul , 2022 12:48
Sənan Qurbanov: Neftçi növbəti mərhələ şansını əldən verməyib

"Neftçi" növbəti mərhələ şansını əldən verməyib".

Bunu "Report"a açıqlamasında "Qəbələ" və "Şamaxı"nın sabiq baş məşqçisi Sənan Qurbanov "ağ-qaralar"ın Bakıda Kiprin "Aris" klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl deyib.

42 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin ilk matçda hər kəsi təəccübləndirdiyini bildirib: "Komandada yeni baş məşqçi və futbolçular var. Bu isə yaxşı və ya pis yöndə təsir edə bilər. Yeni transferlərin tam uyğunlaşmaması birinci görüşdə qabarıq şəkildə görsəndi. Hərçənd ki, baş məşqçinin oyunçuları tanımağa bir ay vaxtı var idi".

Qurbanovun sözlərinə görə, "Neftçi"nin ilk qarşılaşmasını analiz etmək qeyri-mümkündür: "Çünki futbolçular sanki meydanda nə etdiklərini bilmirdilər. Bundan əlavə, rəqibin də təzyiqi var idi və onlar daha çox qollar vura bilərdilər. Düşünürəm ki, "Neftçi" nokdaundan ayıla bilər. Komandanın hələ də şansları var. Məncə, azarkeş amili də cavab görüşündə böyük rol oynayacaq".

Qeyd edək ki, bu gün oynanılacaq görüş saat 21:00-da başlayacaq. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 0:2 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi