Ötən gün avtomobilin vuraraq öldürdüyü "Neftçi" klubunun veteran futbolçusu Səmədağa Şıxlarov dəfn edilib.
"Report"un məlumatına görə, mərhum Şirvan şəhərində valideynlərinin yanında torpaşa tapşırılıb.
Qeyd edək ki, Səmədağa Şıxlarov 1955-ci ildə Salyan rayonunun Xıllı kəndində anadan olub. O, karyerası ərzində "Neftçi" "Xəzər Sumqayıt", "Avtomobilçi", "MOİK Kiyev", "Kəpəz" və "Çıraqqala Siyəzən" komandasında çıxış edib. Keçmiş forvard 1982-ci ildə iki dəfə SSRİ-nin U-21 yığmasının formasını geyinib.
S.Şıxlarov 2004-cü ildə "Neftçi-2"nin, bir il sonra isə "Şirvan"ın baş məşqçisi olub. Mütəxəssis 2006 - 2008-ci illərdə "Olimpik"də, 2008-ci ildə "Neftçi" və AZAL-da köməkçi məşqçi funksiyasını yerinə yetirib.
Veteran futbolçu son illər Azərbaycan Həndbol Federasiyasında çalışıb.
İyunun 1-də Bakının Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində S.Şıxlarovu avtomobil vurub. O, hadisə yerində dünyasını dəyişib.