"Seltik" - "Qarabağ" matçının tam görüntüləri yayılıb - VİDEO

"Seltik" - "Qarabağ" matçının tam görüntüləri yayılıb - VİDEO Görüş "Seltik" TV-nin rəsmi "Youtube" kanlında yerləşdirilib
Futbol
30 İyul , 2015 11:13
Seltik - Qarabağ matçının tam görüntüləri yayılıb - VİDEO

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" komandasının Şotlandiyada "Seltik"lə keçirdiyi futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşünün tam videoyazısı yayılıb. "Report"un məlumatına görə, "Seltik" TV-nin rəsmi "Youtube" kanalında yerləşdirilən videolarda meydan sahiblərinin baş məşqçisi Ronni Deylanın fikirləri də yer alıb. 

Oyun əvvəlcədən açıqlandığı kimi, canlı yayımlanmayıb. Qarşılaşma qlazqoluların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 82-ci dəqiqədə Dedrik Boyata vurub. 

Qeyd edək ki, cavab görüşü avqustun 5-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi