"Seltik" 38-ci dəfə Şotlandiya Kubokunun qalibi olub

Futbol
  • 19 may, 2018
  • 23:29
Seltik 38-ci dəfə Şotlandiya Kubokunun qalibi olub

Bakı. 20 may. REPORT.AZ/ Qlazqonun "Seltik" komandası futbol üzrə Şotlandiya Kubokunun final matçında "Mazervell" klubunu 2:0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, qalib komandanın heyətində Kallum Makqreqor və Jül Olivye Ntşan fərqlənib.

"Seltik" üçün milli Kubokda qələbə ardıcıl 2-ci, ümumilikdə isə 38-ci dəfə olub. Qlazqo klubu bu mükafat üzrə rekordsmendir. O, "Reyncers"i 5 qələbə qabaqlayır.

44 filmi