"Sabah"ın yeni transferi: "Bu, mənim üçün yeni çağırışdır"

"Sabah"ın yeni transferi: "Bu, mənim üçün yeni çağırışdır" "Sabah”a gəldiyimə görə çox şadam. Bu, mənim üçün yeni çağırışdır".
Futbol
14 İyun , 2021 16:27
Sabahın yeni transferi: Bu, mənim üçün yeni çağırışdır
Səlahət Ağayev

"Sabah”a gəldiyimə görə çox şadam. Bu, mənim üçün yeni çağırışdır".

"Report"un məlumatına görə, bu fikirləri "Sabah"ın yeni transferi Səlahət Ağayev klubun rəsmi saytına açıqlamasında keçidi barədə danışarkən deyib.

30 yaşlı qapıçı bildirib ki, bu komanda yeni yaranmasına baxmayaraq, ölkənin ən peşəkar və iddialı klublarından birinə çevrilməyi bacarıb: "Klubun rəhbərliyi və baş məşqçisi tanıdığım və hörmət etdiyim insanlardı. Seçimimdə bu faktorun rolu daha böyük oldu".

Ağayevin sözlərinə görə, hansı komandada oynamağından asılı olmayaraq, həmişə ən yaxşı nəticələri qazanmağa çalışıb: "Gənc və iddialı baş məşqçimiz, keyfiyyətli futbolçularımız var. İnanıram ki, birlikdə əlimizdən gələnin ən yaxşısını edib, sonda arzuladığımız uğurları qazanacağıq”.

Qeyd edək ki, "Sabah" son klubu "Neftçi" olan Səlahət Ağayevlə 1 illik müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi