Polad Həşimovun övladları "Neftçi" - "Qarabağ" oyununda

Polad Həşimovun övladları "Neftçi" - "Qarabağ" oyununda Azərbaycan Premyer Liqasının XXVIII - sonuncu turunun "Neftçi" - "Qarabağ" matçını izləyənlər arasında şəhid ailələri də var
Futbol
585
19 May , 2021 21:24
Polad Həşimovun övladları Neftçi - Qarabağ oyununda

Azərbaycan Premyer Liqasının XXVIII - sonuncu turunun "Neftçi" - "Qarabağ" matçını izləyənlər arasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun övladları da var.

Bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O bildirib ki, Peşəkar Futbol Liqası oyun üçün Ağdam təmsilçisinə 20 dəvətnamə verib: "Şəhidimiz Polad Həşimovun övladları bizə oyunu izləmək istədiklərini bildirdilər. Bizim onların hər birinə borcumuz var. Ömür boyu onlara borcluyuq. Övladlarının istəyini yerə sala bilməzdik. Bizə verilən dəvətnamələrin üçünü onlara ayırmışıq. Matçı tribunada dayıları ilə izləyirlər".

Qeyd edək ki, ilk hissədən sonra matçda hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi