"Səbail" - "Universitatea Craiova" oyununun hakimləri dəyişdirilib

"Səbail" - "Universitatea Craiova" oyununun hakimləri dəyişdirilib UEFA Avropa Liqasının I təsnifat mərhələsində Səbail və Rumıniyanın “Universitatya (Krayova, Rumıniya) komandaları arasında keçiriləcək ilk matçın hakim təyinatlarında dəyişiklik edilib.
Futbol
8 İyul , 2019 23:06
Səbail - Universitatea Craiova oyununun hakimləri dəyişdirilib

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Səbail" və Rumıniyanın “Universitatya (Krayova, Rumıniya) komandaları arasında keçiriləcək ilk matçın hakim təyinatlarında dəyişiklik edilib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma maltalı hakimlər briqadasına həvalə olunub. Onlar finlandiyalıları əvəzləyiblər.

Baş hakim: Fyodor Zammit

Baş hakimin köməkçiləri: Duncan Sultana, Theodore Zammit

Dördüncü hakim: Mario Apap

(Hakimlər briqadası Maltadandır)

UEFA nümayəndəsi: Patrik Wattebled (Fransa)

Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)

Qeyd edək ki, iyulun 11-də Bayıl stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi