Premyer Liqa: "Turan Tovuz" səfərdə "Səbail"lə heç-heçə edib

Premyer Liqa: "Turan Tovuz" səfərdə "Səbail"lə heç-heçə edib Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar
Futbol
16 Mart , 2023 17:54
Premyer Liqa: Turan Tovuz səfərdə Səbaillə heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, günün ilk matçında "Səbail" "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Dənizçilər"in heyətində David Qomis 28-ci dəqiqədə fərqlənib. 45-ci dəqiqədə Turan Vəlizadə qonaqların bərabərlik qolunu vurub.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran meydan sahibləri sonuncu - 10-cu pillədə qalıb. Qonaqlar 28 xalla 6-cı sıradadır.

Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Kəpəz"i sınağa çəkəcək. Turun əvvəlki matçlarında "Qarabağ" "Sumqayıt"ı 6:0, "Sabah" "Zirə"ni 2:0 hesabı ilə üstələyib. Tura martın 17-də keçiriləcək "Qəbələ" - "Şamaxı" qarşılaşması ilə yekun vurulacaq.

14:54

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turunda üz-üzə gələcək "Səbail" və "Turan Tovuz"un heyətləri bəlli olub.

"Report" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

“Səbail”: 1. Emil Balayev 10. Ağabala Ramazanov (k) 2. Adil Nağıyev 96. İlkin Muradov 6. Cabir Əmirli 15. Vüqar Həsənov 11. Qoba Zakpa 99. David Qomis 88. Matiya Lyuyiç 5. Petro Stasyuk 4. Maksim Çex

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev 14. Rahid Əmirquliyev 9. Mirabdulla Abbasov 7. Ruslan Hacıyev 3. Turan Manafov 17. Rafael Məhərrəmli 8. Elmir Tağıyev 22. Samir Abdullayev 27. Emil Martinov 30. Franko Mazurek 21. Kizito Luvaqa 23. Qustavo de Fransa

Baş məşqçi: Şahin Diniyev

“Turan Tovuz”: 1. Tərlan Əhmədli 4. Şəhriyar Əliyev (k) 39. Sadiq Quliyev 8. Şakir Seyidov 6. Turan Vəlizadə 55. Xulu Siyanda 30. Piruzi Marakvelidze 17. Natan Oduva 25. Denis Marandiçi 19. Runi Eva 11. Ayxan Quseynov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov 13. Mehman Hacıyev 3. Tərlan Quliyev 77. Cavid Tağıyev 7. Ehtiram Şahverdiyev 10. Xəyal Nəcəfov 99. Veysəl Rzayev 88. Faiq Hacıyev 15. Vüsal Məsimov 9. Belajdi Pusi 23. Okebuqvu Henri

Baş məşqçi: Ayxan Abbasov

Qeyd edək ki, "ASCO Arena"da oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi