"Səbail" "Sumqayıt"ı məğlub edib
Futbol
- 05 oktyabr, 2018
- 17:20
Bakı. 5 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, "Bayıl Arena"da "Səbail" "Sumqayıt"ı qəbul edib.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarına Fəhmin Muradbəyli və Ruslan Qurbanov imza atıblar. Onlar müvafiq olaraq, 4 və 32-ci dəqiqələrdə fərqləniblər.
R.Qurbanov 9-cu dəqiqədə penaltidən yararlana bilməyib. Onun zərbəsini rəqib qapıçı dəf edib.
Bu nəticədən sonra "Sumqayıt", "Səbail" və "Sabah" 10 xalla 3-5-ci pillələri bölüşür.
Turun ilk oyununda "Zirə" "Qəbələ"ni məğlub edib - 1:0. "Neftçi" hazırda "Sabah"la birinci hissəsi oynanılan görüşdə 1:0 hesabı ilə öndədir. "Keşlə" - "Qarabağ" qarşılaşması isə təxirə salınıb.
Son xəbərlər
04:02
Pit Heqset İranı hədələyib: Tankerlərini məhv edəcəyik və batıracağıq
Digər ölkələr03:37
İran ordusu ABŞ-nin aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
Region03:11
Ronaldu "Əl-Nəsr"lə mövsümdə ilk məğlubiyyətini alıb
Futbol02:41
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
Region02:07
"Isar Aerospace" ilk dəfə kontinental Avropadan raketi orbitə çıxarıb
Digər ölkələr01:49
Dominikanın nümayəndəsi "Miss Dünya – 2026" seçilib
Digər ölkələr01:10
SEPAH ABŞ-yə bağlı altı gəmini vurub - YENİLƏNİB
Region01:06
"Bloomberg": Amerikalıların əksəriyyəti süni intellekt data mərkəzlərinin tikintisinin əleyhinədir
Digər ölkələr00:43