Bakı. 26 sentyabr. REPORT.AZ/ “Səbail” klubu heyətinə daha bir futbolçu cəlb edib.
"Report"un məlumatına görə, paytaxt komandası rumıniyalı futbolçu Aleksandru Popoviçi heyətinə qatıb. Son klubu “Poli Timişoara” olan hücumçu azad agent kimi transfer olunub. 29 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.