"Səbail" nigeriyalı futbolçu ilə müqavilə bağlayıb

Futbol
  • 16 fevral, 2019
  • 09:52
Səbail nigeriyalı futbolçu ilə müqavilə bağlayıb

Bakı. 16 fevral. REPORT.AZ/ “Səbail” klubu heyətinə yeni futbolçu cəlb edib.

“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “dənizçilər” Oke Akpoveta ilə münasibətləri rəsmiləşdiriblər.

27 yaşlı negeriyalı hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, O.Akpoveta 2014-cü ildə “Rəvan”da çıxış edib. Onun son klubu İsveç təmsilçisi “Eskilstuna” olub.

Son xəbərlər

Bütün Xəbər Lenti