"Səbail" klubunun Müşahidə Şurasında dəyişiklik baş verib

"Səbail" klubunun Müşahidə Şurasında dəyişiklik baş verib Təbriz Həsənovla Tural Həsənovu Vasif Məmmədov və Cahangir Həsənzadə əvəzləyib
Futbol
31 May , 2017 19:17
Səbail klubunun Müşahidə Şurasında dəyişiklik baş verib

Bakı. 31 may. REPORT.AZ/ "Səbail" Futbol Klubunun Müşahidə Şurasının (MŞ) heyətində dəyişiklik baş verib. 

"Report" xəbər verir ki, klubun fəaliyyətə başladığı ilk günlərdən MŞ üzvləri olan Təbriz Həsənov və Tural Əsədov rəhbərliyə müraciət edərək işlərinin çoxluğu səbəbindən Müşahidə Şurasının üzvlüyündən xaric olunmalarını xahiş ediblər. 

"Səbail" rəhbərliyi müraciətləri müsbət dəyərləndirərək onlara səmərəli fəaliyyətlərinə görə təşəkkürünü bildirib, gələcək işlərində uğurlar arzulayıb.

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və Bakıda fəaliyyət göstərən "Mançester Yunayted Futbol Məktəbi"nin məşqçisi Cahangir Həsənzadə Müşahidə Şurasının üzvü təyin olunublar.

Qeyd edək ki, "Səbail" klubu 2017-2018 mövsümündən Premyer Liqada çıxış edəcək. 

Son xəbərlər

Orphus sistemi