"Səbail" klubu Rahid Əmirquliyev və Ağabala Ramazanovla müqavilə bağlayıb

Futbol
  • 26 may, 2018
  • 14:08
Səbail klubu Rahid Əmirquliyev və Ağabala Ramazanovla müqavilə bağlayıb

Bakı. 26 may. REPORT.AZ/ "Səbail" klubu iki futbolçunu heyətinə cəlb edib.

"Report" xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan millisinin üzvləri Rahid Əmirquliyev və Ağabala Ramazanovla bir illik müqavilə bağlayıb.

Qeyd edək ki, hər iki futbolçu son mövsümdə "Qarabağ"ın formasını geyiniblər.