“Səbail” klubu Qvineya-Bisaudan olan futbolçu transfer edib

“Səbail” klubu Qvineya-Bisaudan olan futbolçu transfer edib 19 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb
Futbol
10 İyul , 2017 10:12
“Səbail” klubu Qvineya-Bisaudan olan futbolçu transfer edib

Bakı. 10 iyul. REPORT.AZ/ 2017/2018 futbol mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Səbail" heyətinə daha bir futbolçu cəlb edib.

“Report”un məlumatına görə, paytaxt təmsilçisi Maudo Lamine Jarjue ilə anlaşıb. 19 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Qvineya-Bisaulu futbolçu son mövsümü Portuqaliyanın I liqa komandası "Gil Visente"də keçirib.

Qeyd edək ki, “Səbail” yay fasiləsində Vüqar Nadirov, Kamal Qurbanov, Emin Mehtiyev, Aqşin Muxtaroğlu, Yamin Ağakərimzadə və Raul Yaqubzadəni heyətinə qatıb. Həmçinin Aqşin Qurbanlı, Orxan Qurbanlı və Təyyar Məmmədovu “Neftçi”dən icarəyə götürüb.

Son xəbərlər

Orphus sistemi