"Səbail" futbol klubu növbəti futbolçu transferini həyata keçirib.
"Report"un məlumatına görə, Azərbaycan Premyer Liqasının autsayderi "Neftçi"dən göndərilən Rauf Əliyevi heyətinə qatıb. 31 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, daha əvvəl "Səbail" "Keşlə"dən ayrılan Murad Qayalı ilə anlaşıb.
