"Səbail" klubu millimizin sabiq futbolçusu ilə anlaşdı

Futbol
  • 02 iyul, 2021
  • 08:19
Səbail klubu millimizin sabiq futbolçusu ilə anlaşdı
Məhəmməd Mirzəbəyov

Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubu yeni futbolçu transfer edib.

"Report"un məlumatına görə, "dənizçilər" millinin sabiq müdafiəçisi Məhəmməd Mirzəbəyovla müqavilə bağlayıb. 31 yaşlı oyunçunun son klubu "Sabah" olub. O, indiyədək yığmada 18 matça çıxıb.