"Səbail" klubu futbolçusu ilə müqaviləyə xitam verib

"Səbail" klubu futbolçusu ilə müqaviləyə xitam verib Bakı. 3 iyul. REPORT.AZ/ “Səbail” klubu futbolçusu Orxan Əliyevlə yollarını ayırıb.
Futbol
3 İyul , 2018 18:38
Səbail klubu futbolçusu ilə müqaviləyə xitam verib

Bakı. 3 iyul. REPORT.AZ/ “Səbail” klubu futbolçusu Orxan Əliyevlə yollarını ayırıb.

Klubun Mətbuat xidmətinin rəhbəri Törə Əhmədovanın "Report"a verdiyi məlumata görə, yay transfer pəncərəsində komandaya cəlb olunan Orxan Əliyev məşqçilər korpusuna müraciət edərək səhhəti ilə bağlı problemi olduğunu bildirib.

Müayinə nəticəsində futbolçunun diz nahiyəsində zədə olduğu aşkarlanıb və qarşılıqlı razılıq əsasında “Səbail” klubu ilə Orxan Əliyev arasında mövcud müqaviləyə xitam verilib.

Qeyd edək ki, Orxan Əliyev "Zirə"dən "Səbail"ə keçib. Futbolçu ilə bağlanmış müqavilənin müvafiq bəndinə əsasən, futbolçunun tibbi müayinəsinin nəticəsi müsbət olduğu təqdirdə müqavilə hüquqi qüvvəyə minir. Ötən müddət ərzində Orxan Əliyevin “Səbail” klubunda tibbi müayinədən keşməməsinin səbəbi müqavilənin imzalanmasından dərhal sonra futbolçunun şəxsi işləri ilə əlaqədar ölkə xaricinə yollanması olub.

Son xəbərlər

Orphus sistemi