“Səbail” klubu Emin Cəfərquliyevlə yollarını ayırıb

“Səbail” klubu Emin Cəfərquliyevlə yollarını ayırıb Futbolçu öz istəyi ilə komandanı tərk edib
Futbol
21 Avqust , 2017 15:45
“Səbail” klubu Emin Cəfərquliyevlə yollarını ayırıb

Bakı. 21 avqust. REPORT.AZ/ “Səbail” klubu bir futbolçusu ilə yollarını ayırıb. 

“Report”un paytaxt təmsilçisinin “facebook” səhifəsinə istinadən verdiyi xəbər görə, Emin Cəfərquliyev şəxsi işləri ilə əlaqədar klubdan ayrılmaq istədiyi barədə rəhbərliyinə müraciət edib.

27 yaşlı müdafiəçinin müraciəti müsbət qarşılanıb və onunla müqaviləyə xitam verilib.

Qeyd edək ki, ötən mövsüm AZAL-da çıxış etmiş Emin Cəfərquliyev yay fasiləsində “Səbail”lə 1 illik müqavilə bağlamışdı.

Son xəbərlər

Orphus sistemi