"Səbail" klubu 8 futbolçusu ilə yollarını ayırıb - YENİLƏNİB

"Səbail" klubu 8 futbolçusu ilə yollarını ayırıb - YENİLƏNİB Onlardan 4-ü legionerdir
Futbol
25 May , 2018 20:50
Səbail klubu 8 futbolçusu ilə yollarını ayırıb - YENİLƏNİB

Bakı. 25 may. REPORT.AZ/ "Səbail" klubu daha 3 futbolçu ilə yollarını ayırıb.

"Report" klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nurlan Novruzovun müqaviləsi başa çatdığına görə, o, klubu tərk etməli olub.

Raul Yaqubzadə və Kərim Diniyev ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bundan əvvəl isə komandanın baş məşqçisi Aftandil Hacıyev 5 oyunçu ilə vidalaşacaqlarını açıqlamışdı.


***19:58

"Səbail" klubu müqaviləsi başa çatan futbolçularından 5-i ilə yollarını rəsmən ayırıb.

Bu barədə "Report"a komandanın yeni baş məşqçisi Aftandil Hacıyev məlumat verib. 

Onun sözlərinə görə, türkmənistanlı yarımmüdafiəçi Elman Taqayev və onun hücumçu həmyerlisi Vaxıt Orazsaxedov, gürcüstanlı müdafiəçi Nikoloz Apakidze, hollandiyalı arxa xətt oyunçusu Ayron Stati və yerli orta sahə oyunçusu Murad Ağayevlə sözləşmə müddəti uzadılmayıb: "Hələlik, bu futbolçularla yollarımızı ayırmışıq. Digər futbolçularla isə danışıqlar aparırıq. Bundan sonra da komandadan ayrılacaq və heyətə yeni cəlb olunacaq futbolçular barədə əlavə açıqlamalar veriləcək".

Qeyd edək ki, Aftandil Hacıyev "Səbail"ə bu gün baş məşqçi təyin olunub.

Son xəbərlər

Orphus sistemi