"Səbail" - "Keşlə" matçında qalib müəyyənləşmədi

"Səbail" - "Keşlə" matçında qalib müəyyənləşmədi Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib
Futbol
2 Mart , 2021 17:52
Səbail - Keşlə matçında qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

"Report" xəbər verir ki, turun açılış maçtında "Səbail" "Keşlə"ni qəbul edib.

"ASCO Arena"dakı oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Keşlə"nin heyətində Tural Axundov 54-cü dəqiqədə hesabı açıb. Meydan sahibləri bu qola 75-ci dəqiqədə cavab verə bilib. İranlı futbolçu Peyman Keşavarzi dəqiq oynayıb.

Bu nəticədən sonra "Səbail" 17-ci, "Keşlə" isə 16-cı xalını qazanıb. Komandalar müvafiq olaraq 6-7-ci yerdə gedir.

Qeyd edək ki, günün digər matçında "Qarabağ" "Qəbələ" ilə üz-üzə gələcək. XVIII tura martın 3-də keçiriləcək "Sumqayıt" - "Zirə" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi