"Səbail"in yeni transferi Bakıda: Müqavilə nə vaxt bağlanacaq?

"Səbail"in yeni transferi Bakıda: Müqavilə nə vaxt bağlanacaq? "Səbail"in yeni transferiFlorian Kadriu Bakıya gəlib.
Futbol
393
4 Avqust , 2020 14:37
Səbailin yeni transferi Bakıda: Müqavilə nə vaxt bağlanacaq?
Florian Kadriu

"Səbail"in yeni transferi Florian Kadriu Bakıya gəlib.

Bu barədə "Report"a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

39 yaşlı mütəxəssis bildirib ki, Albaniya əsilli makedoniyalı yarımmüdafiəçi ilə bu gün rəsmi müqavilə imzalanacağı gözlənilir: "Detallar müzakirə olunur. Danışıqlar yekunlaşmaq üzrədir".

Qeyd edək ki, Kadriu Albaniyada "Tirana" və "Teuta", Şimali Makedniyada isə "Şkupi", "Rabotniçki" və "Renova" klublarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi