"Səbail"in yeni təlim-məşq bazasının açılışı olub

"Səbail"in yeni təlim-məşq bazasının açılışı olub “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə “Səbail” klubunun Xaçmaz rayonunda yaradılan təlim-məşq bazasının açılışı olub.
Futbol
7 İyul , 2022 18:23
Səbailin yeni təlim-məşq bazasının açılışı olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə “Səbail” klubunun Xaçmaz rayonunda yaradılan təlim-məşq bazasının açılışı olub.

"Dənizçilər"in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, baza oyunçuların ustalıq səviyyəsinin artırılması məqsədi ilə istifadəyə verilib.

ASCO və “Səbail” rəhbərliyi yeni təlim-məşq bazası və burada yaradılan şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib, bütün komanda üzvlərinə uğurlar arzulayıblar. Burada ilk olaraq uşaqların hazırlıq prosesinə start verilib.

Son xəbərlər

Orphus sistemi