"Səbail"in baş məşqçisi: "Qarabağ"ın ustalıq səviyyəsi özünü göstərdi"

"Səbail"in baş məşqçisi: "Qarabağ"ın ustalıq səviyyəsi özünü göstərdi" "Qarabağ"ı təbrik edirəm, Konfrans Liqası oyununda uğurlar arzulayıram. Mtçla bağlı düşüncələrimiz var idi. Bəzi fikirlərimiz alındı, bəziləri yox. “Qarabağ”ın ustalıq səviyyəsi və ani diqqətsizlikdən istifadə bacarığı özünü göstərdi. İlk yarıda buraxdığı
Futbol
22 Avqust , 2021 22:42
Səbailin baş məşqçisi: Qarabağın ustalıq səviyyəsi özünü göstərdi

"Qarabağ"ı təbrik edirəm, Konfrans Liqası oyununda uğurlar arzulayıram. Matçla bağlı düşüncələrimiz var idi. Bəzi fikirlərimiz alındı, bəziləri yox".

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, “Qarabağ”ın ustalıq səviyyəsi və ani diqqətsizlikdən istifadə bacarığı özünü göstərdi: "İlk yarıda buraxdığımız qollar oyunun taleyini həll etdi. Amma yaxaladığımız qol epizodları da var idi. Bu gün daha güclü komanda qalib gəldi".

Hacıyev matçın komandası üçün ağır keçdiyini söyləyib: "Az hallarda ot üzü görən futbolçuların tez yorulması gözlənilən idi. İnanıram ki, oyunumuzu daha da yaxşılaşdırıb xallar qazanacağıq. Fasilə yaranır, çempionata daha yaxşı hazırlaşmaq üçün 3 həftə vaxtımız olacaq".

Son xəbərlər

Orphus sistemi