“Səbail”in baş məşqçisi: "İlk yarıya yaxşı başlaya bilmədik"

“Səbail”in baş məşqçisi: "İlk yarıya yaxşı başlaya bilmədik" Azərbaycan Premyer Liqasının V turunda evdə “Qəbələ” ilə heç-heçə edən (1:1) “Səbail”in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransı keçirib.
Futbol
21 Sentyabr , 2019 22:44
“Səbail”in baş məşqçisi: İlk yarıya yaxşı başlaya bilmədik
Aftandil Hacıyev

Azərbaycan Premyer Liqasının V turunda evdə “Qəbələ” ilə heç-heçə edən (1:1) “Səbail”in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, 38 yaşlı mütəxəssis oyun haqqında fikirlərini bölüşüb: "Bu gün çətin oyun oldu. Arxada 5 tur qalıb. “Qarabağ” istisna olmaqla, bütün digər komandalar sonadək mübarizə aparacaqlar. “Qəbələ” bir neçə tur məğlub olsa da, bugünkü oyunu ilə ilk "3-lüy"ə iddia edə bilər.

İlk yarıya yaxşı başlaya bilmədik. Psixoloji üstünlük rəqib tərəfdə idi. Düşünürəm ki, əvəzetmə və taktiki dəyişiklik üstünlüyümüzü şərtləndirdi.

A.Hacıyev "Səbail"in qarşısına çempionatda ikinci yeri tutmaq vəzifəsinin qoyulmadığını sözlərinə əlavə edib: "Hər oyuna maksimum konsentrasiya ilə çıxmalıyıq. Ancaq tək oyun komponentləri yox, həm də digər məsələlərdə sabitlik lazımdır".

Son xəbərlər

Orphus sistemi