"Səbail"in baş məşqçisi: "Ən ədalətli nəticə qeydə alındı"

"Səbail"in baş məşqçisi: "Ən ədalətli nəticə qeydə alındı" "Son sutka ərzində həm kədərli, həm sevincli xəbərlər eşitdik. Son günlər bütün fikrimiz cəbhə bölgəsindədir. Bütün dualarımız əsgərlərimizlədir. Komanda olaraq, hər birimiz üçün belə bir məqamda oyuna köklənmək olduqca çətin idi. Nə qədər kədərli anlar o
Futbol
831
17 Oktyabr , 2020 17:01
Səbailin baş məşqçisi: Ən ədalətli nəticə qeydə alındı
Aftandil Hacıyev

"Son sutka ərzində həm kədərli, həm sevincli xəbərlər eşitdik. Son günlər bütün fikrimiz cəbhə bölgəsindədir. Bütün dualarımız əsgərlərimizlədir. Komanda olaraq, hər birimiz üçün belə bir məqamda oyuna köklənmək olduqca çətin idi. Nə qədər kədərli anlar olsa da, inanırıq ki, sonda sevinən tərəf Azərbaycan xalqı olacaq. Şükürlər olsun ki, get-gedə daha çox şad xəbərlər eşidirik".

"Report"un məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının VI turunda "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, belə bir psixoloji məqamda oyunun ilk dəqiqələrində futbolçularda müəyyən həyəcan, gərginlik olub, vaxt ötdükcə isə komandası öz oyununu tapmağa başladıq: "Ani diqqətsizlikdən qapımızda qol görsək də, sevindiricidir ki, cavab qolumuz özünü çox gözlətmədi. Heyətimizdəki futbolçuların potensialı nəyə imkan verirsə, o qədər də nəticə qazanmağa çalışacağıq. Bu heyətlə ən azından qışadək davam etməyi düşünürük. Daha yaxşı olmağa səy göstərəcəyik. Futbolçularıma təşəkkür edirəm. Hər iki komanda qalib gələ bilərdi. Zənnimcə, ən ədalətli nəticə qeydə alındı və hər iki komanda 1 xal qazandı".

Hacıyev rəqib həmkarı Yunis Hüseynovun "Keşlə"nin 2 xal itirdiyinə dair fikirləri ilə razılaşmayıb: "Florian Kadriu təkbətək epizoddan istifadə etsəydi, biz 2:1 hesabı ilə qalib gələcəkdik. Düşünmürəm ki, o halda rəqibin baş məşqçisi 1 xala görə heyfsilənərdi".

Son xəbərlər

Orphus sistemi