"Səbail"in baş məşqçisi: "Buraya məğlub olmağa gəlməmişdik"

"Səbail"in baş məşqçisi: "Buraya məğlub olmağa gəlməmişdik" "Xocalı qətliamı ilə bağlı xalqımıza səbr diləyirəm"
Futbol
109
25 Fevral , 2021 20:36
Səbailin baş məşqçisi: Buraya məğlub olmağa gəlməmişdik
Aftandil Hacıyev

"Xocalı qətliamı ilə bağlı xalqımıza səbr diləyirəm. Uzun illərdir bunu qeyd edirik. Ötən il torpaqlarımızı geri ala bildik"

"Report"un məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis oyunun maraqlı alındığını bildirib: "Matçdan zövq ala bildik. "Qarabağ" favorit olsa da, buraya məğlub olmağa gəlməmişdik. Sadəcə, cərimə zərbəsi nəticəyə təsir etdi. Futbolçular çəkinmədən oynadılar. Son nöqtəni istədiyimiz kimi qoya bilmirdik. "Qarabağ" vacib 3 xal qazandı. Növbəti oyuna hazırlaşmalıyıq. İnanıram ki, xallar qazana biləcəyik".

Hacıyev səfərə yaxşı nəticə üçün gəldiklərini söyləyib: "Amma rəqibdə ustalıq yüksək səviyyədədir. Amil Yunanov 100 faizlik qol fürsətini boşa verdi. Bu gün oyundan razı qaldım. İstəyirəm ki, bunun davamını gətirək".

Hacıyev yeni transferlərin durumuna da toxunub: "Onlar komandaya gec qoşuldular. İki ay komandasız qalmışdılar. Görünür ki, vaxt lazımdır. Bəzi mövqelərdə çatışmazlıqlar var deyə transferlər etdik. İnanıram ki, hamısı komandama köməklik edəcək".

Son xəbərlər

Orphus sistemi