"Səbail" Rusiya və Serbiyadan olan futbolçuları baxışa çağırıb

"Səbail" Rusiya və Serbiyadan olan futbolçuları baxışa çağırıb Bakı 21 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Səbail” klubu baxışa iki yeni futbolçu cəlb edib.
Futbol
1274
21 Yanvar , 2019 11:51
Səbail Rusiya və Serbiyadan olan futbolçuları baxışa çağırıb

Bakı 21 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Səbail” klubu baxışa iki yeni futbolçu cəlb edib.

Bu barədə “Report”a paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova məlumat verib. O, bildirib ki, rusiyalı hücumçu Aleksey Qasilin və serbiyalı müdafiəçi İqor Ristivoyeviç artıq 2 gündür məşqlərə qatılırlar.

23 yaşlı Qasilin Rusiya “Zenit”inin yetirməsidir. O, karyerası ərzində Almaniya “Şalke”sinin ikinci komandasında, vətənində “Amkar” və Portuqaliyanın “Akademiku de Vizeu” kollektivlərində çıxış edib.

31 yaşlı Ristivoyeviç vətəninda “Maçva”nın formasını geyinib.

Qeyd edək ki, “Səbail” qış fasiləsində Elvin Yunuszadəni heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi