"Səbail" daha bir futbolçu ilə yollarını ayırdı

"Səbail" daha bir futbolçu ilə yollarını ayırdı Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubu daha bir futbolçu ilə vidalaşıb.
Futbol
1438
28 Dekabr , 2020 13:50
Səbail daha bir futbolçu ilə yollarını ayırdı

Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubu daha bir futbolçu ilə vidalaşıb.

Bu barədə "Report"a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, Murad Qayalı, Əli Sadıxov və Arsen Ağcabəyovdan sonra Orxan Qurbanlı ilə də yollar ayrılıb.

Hacıyev legionerlərdən isə iranlı yarımmüdafiəçi Bəxtiyar Rəhmaninin komandanı tərk edə biləcəyini istisna etməyib: "Hələlik onunla danışırıq. Şərtlərdə razılığa gələ bilməsək, yəqin ki, gedəcək. Amma qala biləcəyini də deyir. Sadəcə, şərtləri bir az bizim üçün ağırdır. Ümumilikdə, 5-6 futbolçunu göndərib, yerinə 3 yeni oyunçu almaq istəyirik".

"Səbail"in hazırlıq planına da toxunan baş məşqçi yanvarın 4-də yenidən bir araya gələcəklərini bildirib: "Artıq yoxlama oyunu üçün rəqib tapmışıq. Yanvarın 14-də "Sabah"la qarşılaşacağıq".

Son xəbərlər

Orphus sistemi