“Sauthempton” İngiltərə Premyer Liqasına qayıdıb

“Sauthempton” İngiltərə Premyer Liqasına qayıdıb İngiltərənin səviyyəcə ikinci futbol liqası olan Çempionşipdə mübarizə aparan “Sauthempton” Premyer Liqaya qayıdıb.
Futbol
26 May , 2024 20:33
“Sauthempton” İngiltərə Premyer Liqasına qayıdıb

İngiltərənin səviyyəcə ikinci futbol liqası olan Çempionşipdə mübarizə aparan “Sauthempton” Premyer Liqaya qayıdıb.

“Report” xəbər verir ki, “müqəddəslər” Londondakı “Uembli” stadionunda keçirilmiş pley-offun final matçında “Lids”dən üstün olub – 1:0.

Matçda yeganə qolun müəllifi 27 yaşlı hücumçu Adam Armstronq olub.

Bununla da “Sauthempton”un yüksək liqasız qalması cəmi bir il çəkib. Qeyd edək ki, bu, klubun tarixində ilk pley-off finalı olub. “Lids” isə Çempionşipdə azı daha bir mövsüm keçirməli olacaq.

Beləliklə, 2023/24 mövsümü üçün Premyer Liqanın iştirakçılarının siyahısı tam formalaşıb. “Sauthempton” daha əvvəl birbaşa yüksələn “Lester” və “İpsviç”ə qoşulub.

Xatırladaq ki, ötən mövsümün sonunda “Şeffild Yunayted”, “Börnli” və “Luton” elit divizionu tərk ediblər.

Son xəbərlər

Orphus sistemi