"Şapekoense" klubunun üzləşdiyi təyyarə qəzasında xilas olan jurnalist vəfat edib

"Şapekoense" klubunun üzləşdiyi təyyarə qəzasında xilas olan jurnalist vəfat edib Braziliyanın Şapekoense komandasının üzləşdiyi təyyarə qəzasından sağ çıxan jurnalist Rafael Xentsel dünyasını dəyişib.
Futbol
27 Mart , 2019 15:17
Şapekoense klubunun üzləşdiyi təyyarə qəzasında xilas olan jurnalist vəfat edib

Braziliyanın "Şapekoense" komandasının üzləşdiyi təyyarə qəzasından sağ çıxan jurnalist Rafael Xentsel dünyasını dəyişib.

"Report" "Globo"ya istinadən xəbər verir ki, Xentsel infarkt nəticəsində vəfat edib. Jurnalist Şapeko şəhərində futbol oynayarkən huşunu itirib və xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, 2016-cı ildə Kolumbiyanın Medelyin şəhəri yaxınlığında təyyarə qəzası baş verib. 77 nəfərin olduğu təyyarə "Şapekoense"ni Cənubi Amerika Kubokunun ilk final matçında iştirak etmək üçün aparırmış. 9 ekipaj üzvü, klubun futbolçuları və nümayəndələri daxil olmaqla 68 sərnişindən Rafael Xentsel də daxil olmaqla 6 nəfəri sağ qalmışdı.  

Son xəbərlər

Orphus sistemi