Şanxayda futbol stadionu yanıb

Şanxayda futbol stadionu yanıb Zərər çəkənlər barədə məlumat yoxdur
Futbol
28 Mart , 2017 06:52
Şanxayda futbol stadionu yanıb

Bakı. 28 mart. REPORT.AZ/ Çinin Şanxay şəhərinin 33 min tamaşaçı tutumu olan "Xunkou" stadionunda yanğın olub.

"Report" xəbər verir ki, Şanxay metrosunun stadiona yaxın yeraltı çıxışları bağlanıb.

Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir. Zərər çəkənlər barədə məlumat yoxdur. Yanğının səbəbləri araşdırılır.

"Xunkou" stadionu "Şanxay Şenxua" futbol klubunun ev arenasıdır.

Son xəbərlər

Orphus sistemi